Medianews.az
İsrail gəmilərə basqın etdi -
113 baxış

İsrail gəmilərə basqın etdi - Bu qədər türk saxlanıldı

Qəzzaya humanitar yardım çatdırmaq üçün yola düşən “Qlobal Sumud Donanması” İsrail qüvvələri tərəfindən 18 türk fəalının saxlanıldığını açıqlayıb.

Medianews.az xəbər verir ki, açıqlamaya görə, İsrail qüvvələri Yunanıstan ərazi sularından bir neçə mil məsafədə beynəlxalq sularda 21 gəmini saxlayıb.

Bildirilib ki, bəzi gəmilər isə qaçaraq Yunanıstan ərazisi sularına daxil olub.

Məlumata görə, Aralıq dənizində Qəzzaya doğru beynəlxalq sularda üzən 60-dan çox gəmidə 39 fərqli ölkədən 345 iştirakçı var.//Publika.az 

Bizə qoşulun