Medianews.az
Nuruş Əmənova
51 baxış

Nuruş Əmənova hökm oxundu

Narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Nuruş Əmənovun cinayət işi üzrə məhkəməsi yekunlaşıb. 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Vüsal Mehrəliyev ittiham nitqi ilə çıxış edib.

Prokuror məhkəməyə təqsirləndirilən şəxsin 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif edib. 

Daha sonra təqsirləndirilən şəxsə hökm oxunub. 

Hökmə əsasən, təqsirləndirilən şəxsə irəli sürülmüş 234.4.3-cü maddə 234.1-1-ci maddəyə tövsüf edilib və 6 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Nuruş Əmənov Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində paytaxtın Nizami rayonunda saxlanılıb. 

Ondan axtarış zamanı 6 qram metamfetamin aşkarlanıb./unikal.az/

Bizə qoşulun