Medianews.az
Kobaxidze Zakir Həsənovla görüşüb
215 baxış

Kobaxidze Zakir Həsənovla görüşüb

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənovla görüşüb.

Bu barədə baş nazir sosial şəbəkə hesabında paylaşım edib.

Görüşdə ikitərəfli, regional və beynəlxalq əməkdaşlıq məsələlərini müzakirə olunub.

Kobaxidze bildirib ki, görüşdə ölkələr arasında strateji tərəfdaşlığın və müdafiə sahəsində əməkdaşlığın yüksək səviyyədə olduğu vurğulanıb.

Həmçinin bölgədə sülhün və sabitliyin vacibliyinə diqqət yetirilib.

Gürcüstanın baş nazirinin müavini, müdafiə naziri İrakli Çikovani də görüşdə iştirak edib.

Kobaxidze Zakir Həsənovla görüşüb

Bizə qoşulun