Medianews.az
Tanınmış müğənni konsertini yarımçıq qoyub
66 baxış

Tanınmış müğənni konsertini yarımçıq qoyub səhnəni tərk etdi

Türkiyəli müğənni Haluk Levent Tokatda verdiyi konsert zamanı səhnədə özünü pis hiss edib.

Bir müddət əvvəl mədə qanaxması səbəbindən reanimasiyada müalicə alan və daha sonra evə buraxılan sənətçi çıxışını yarımçıq dayandırmalı olub.

Tamaşaçılara müraciət edən Haluk Levent, "Üzr istəyirəm, təxminən 10 dəqiqədir mədəm çox ağrıyır. Bir qədər dincəlməliyəm, sonra qayıdacağam", - deyə bildirib.

Sənətçinin bu sözlərindən sonra tamaşaçılar ona alqışlarla dəstək veriblər./milli.az

Bizə qoşulun