Sağlam qocalmaq və beyin fəaliyyətini qorumaq üçün hər gün nar yemək faydalı ola bilər.
Bu barədə dietoloq Qerys Fərhad "El Economista" nəşrinə açıqlamasında bildirib.
Mütəxəssisin sözlərinə görə, narın müntəzəm qəbulu koqnitiv funksiyalara müsbət təsir göstərir. O qeyd edib ki, yaş artdıqca beyin fəaliyyətinin zəifləməsinə səbəb olan müəyyən iltihabi göstəricilər narın tərkibindəki polifenollar sayəsində azalır.
Dietoloq xatırladıb ki, koqnitiv qabiliyyətlərin zəifləməsi adətən orta yaş dövründən başlayır. Buna görə də həmin yaşlardan etibarən narın gündəlik qida rasionuna daxil edilməsi məqsədəuyğun hesab olunur.
Qerys Fərhad əlavə edib ki, nar arterial təzyiqin sabitləşməsinə kömək edir, ürək-damar xəstəliklərinin və şəkərli diabetin yaranma riskini azalda bilər./BAKU.WS