Medianews.az
Mesut Özil: "Qarabağ" Çempionlar Liqasında çox gözəl oynadı"
192 baxış

Mesut Özil: "Qarabağ" Çempionlar Liqasında çox gözəl oynadı"

"Qarabağ" UEFA Çempionlar Liqasında çox gözəl oynayıb.

Medianews.az xəbər verir ki, bunu report-a açıqlamasında 31-ci Bakı Enerji Forumu çərçivəsində Türkiyə nümayəndə heyətinin tərkibində Azərbaycana gələn Almaniya millisinin sabiq futbolçusu Mesut Özil deyib.

O, DÇ-2026-dakı favoritini də açıqlayıb:

"Qarabağ"ı seyr etdim. UEFA Çempionlar Liqasında çox gözəl oynadılar. Yaxşı komanda qurublar. Onlara uğurlar diləyirəm. Dünya çempionatındakı favoritim isə Türkiyədir".

Qeyd edək ki, iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək DÇ-2026-da 48 komanda çıxış edəcək.

Bizə qoşulun