2026-cı il FIFA Dünya Kubokunun açılış matçından sonra TNT Sports Mexico kanalının tanınmış aparıcısı Miroslava Montemayor sosial şəbəkədəki paylaşımı ilə diqqət mərkəzinə düşüb.
Medianews.az xəbər verir ki, turnirin ilk oyununda ev sahibi Meksika Cənubi Afrika millisi ilə qarşılaşıb.
Gərgin mübarizə şəraitində keçən görüş Meksikanın 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qarşılaşma zamanı verilən qırmızı vərəqələr nəticəsində oyun Meksikanın 10, Cənubi Afrikanın isə 9 futbolçu ilə tamamlanıb.
Çempionlar Liqası yayımları zamanı ekran performansı ilə tez-tez gündəmə gələn Miroslava Montemayor bu dəfə ölkəsinə verdiyi dəstək sayəsində sosial mediada geniş müzakirələrə səbəb olub.
Meksikalı aparıcı matçdan əvvəl paylaşdığı foto ilə azarkeşlərin diqqətini cəlb edib. Dünya Kubokunun açılış günü etdiyi paylaşım qısa zamanda böyük maraq doğurub və futbolsevərlər arasında geniş yayılıb.
Qeyd edək ki, Miroslava Montemayor TNT Sports Mexico kanalında fəaliyyəti ilə Latın Amerikası futbol auditoriyasının ən çox tanıdığı idman aparıcılarından biri hesab olunur.
Medianews.az

