Medianews.az
Məşhur aktyor narkotik qəbul etdiyini belə etiraf etdi -
46 baxış

Məşhur aktyor narkotik qəbul etdiyini belə etiraf etdi - FOTO

Narkotik istintaqı çərçivəsində saxlanılan aktyor İsmail Hacıoğlu prokurora ifadə verdikdən sonra sərbəst buraxılıb.

Onun ifadəsində marixuana istifadə etdiyini etiraf etdiyi bildirilib.

Hacıoğlu narkotiki ilk dəfə Hollandiyada maraq üçün sınadığını, sonradan isə zaman-zaman istifadə etdiyini deyib. O, maddəni "Telegram" üzərindən sifariş etdiyini, satıcılarla heç vaxt üz-üzə görüşmədiyini qeyd edib. Aktyorun sözlərinə görə, sifariş edilən maddə evinin poçt qutusuna qoyulub, əvvəlcədən yerləşdirilən nağd pul isə oradan götürülüb.

O, narkotik istifadəsinə görə peşman olduğunu, marixuanadan başqa heç bir maddə qəbul etmədiyini və heç kimə vermədiyini vurğulayıb. Hacıoğlu həmçinin mobil telefonunu şifrəsi ilə birlikdə polisə təhvil verdiyini bildirib.

İstanbul Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində bir sıra tanınmış şəxslər də saxlanılıb. Onlardan bəziləri ifadə verdikdən sonra azad edilib, bir neçə nəfər barəsində isə həbs qərarı çıxarılıb.

İstintaq davam edir./milli.az/

Bizə qoşulun