Medianews.az
Məşhur aktyorun son halı kədərləndirdi -
108 baxış

Məşhur aktyorun son halı kədərləndirdi - FOTO

MFÖ qrupunun veteran üzvü Mazhar Alansonun son görüntüsü sosial mediada geniş müzakirələrə səbəb olub.

Medianews.az xəbər verir ki, müğənni İlyas Yalçıntaşın paylaşdığı fotoda sənətçinin nəzərəçarpacaq dərəcədə arıqladığı və yorğun göründüyü diqqətdən yayınmayıb.

Bu hal pərəstişkarları arasında onun sağlamlığı ilə bağlı narahatlıqlar yaradıb.

Məlumata görə, Mazhar Alanson son illərdə ard-arda ağır itkilər yaşayıb. O, 2021-ci ildə qızı Eda Alansonu itirib, daha sonra isə yaxın dostu və MFÖ qrupunun üzvü Özkan Uğurun vəfatı ilə sarsılıb.

Bu itkilərin təsiri ilə sənətçinin uzun müddətdir kədərli bir dövr keçirdiyi, səhnə fəaliyyətini məhdudlaşdırdığı və ictimaiyyətin diqqətindən uzaq həyat sürməyə üstünlük verdiyi bildirilir.

Sosial mediada yayılan görüntülərdən sonra istifadəçilər Alansonun görünüşü ilə bağlı çoxsaylı şərhlər yazıb, bir çoxları onun yaşadığı ağrının fiziki vəziyyətində də əks olunduğunu qeyd edib.

Medianews.az

Bizə qoşulun