Medianews.az
Məşhur modelin podiumda çətin anları - Addım ata bilmədi
59 baxış

Məşhur modelin podiumda çətin anları - Addım ata bilmədi (VİDEO)

Türkiyədə baş tutan "Altıncı Açıq Səhnə Moda Günləri" moda həvəskarlarının sıx iştirakı ilə keçirilib.

Medianews.az xəbər verir ki, tədbirin son günündə təşkil olunan ayaqqabı mövzulu nümayiş isə gözlənilməz hadisə ilə yadda qalıb.

Podiuma çıxan model Eylem Aytaş yerişi zamanı çətinliklə üzləşib. İrəliləməkdə çətinlik çəkən model bir müddət dayanaraq ayaqqabılarını düzəltməyə çalışıb. Lakin müdaxilə problemi aradan qaldırmayıb.

Nəticədə Aytaş başqa çıxış yolu tapmayaraq ayaqqabılarını çıxarıb və onları əlində tutaraq podiumu tərk edib. Bu addım şounun ən yaddaqalan məqamına çevrilib.

Hadisənin görüntüləri qısa müddətdə sosial şəbəkələrdə yayılıb və geniş müzakirələrə səbəb olub. İstifadəçilər paylaşımın altına müxtəlif rəylər yazıblar.

Qeyd edək ki, model və təşkilatçılar hadisə ilə bağlı hələlik rəsmi açıqlama verməyiblər.

Medianews.az

Bizə qoşulun