Məşhur rapçi Offset silahlı hücuma məruz qaldı
34 yaşlı repçi Offset, Floridada bir kazino önündə silahlı hücuma uğrayıb.
Medianews.az xəbər verir ki, əsl adı Kiari Kendrell Cephus olan sənətçi hip-hop qrupu Migosun keçmiş üzvlərindən biridir.
Hücumdan sonra xəstəxanaya yerləşdirilən Offsetin vəziyyəti stabildir və həkimlər tərəfindən yaxından izlənir..
Hadisə ilə əlaqədar iki nəfər polis tərəfindən saxlanıb, araşdırmalar davam edir.
Medianews.az