Medianews.az
Messi Qaqarinlə
124 baxış

Messi Qaqarinlə müqayisə edildi

Rusiyanın keçmiş futbolçusu Yeqor Titov Lionel Messini futbol tarixinin ən böyük simalarından biri adlandırıb və onu kosmosu fəth edən ilk kosmonavt Yuri Qaqarinlə müqayisə edib.

Medianews.az-ın məlumatına görə, Titov bildirib ki, Messi futbolda yeni dövr açan və bütün dünyanı heyrətləndirən nadir oyunçudur. Onun sözlərinə görə, Messi həm “Barselona” klubunun, həm də Argentina millisinin simvoluna çevrilib.

Titov həmçinin qeyd edib ki, Messinin oyunu idarə etmə tərzi ilə SSRİ futbolunun əfsanəsi Fyodor Çerenkova bənzəyir, amma daha yüksək səviyyədədir. Titovun fikrincə, Messinin oyunun gedişini duyma qabiliyyəti onu digərlərindən çox fərqləndirir.

Medianews.az

Bizə qoşulun