İsmail Hacıoğlu narkotik maddə istifadə etdiyini etiraf etdikdən sonra rol aldığı “Cennetin Çocukları” serialının heyətindən çıxarılıb.
Medianews.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Məlumata görə, İstanbul Baş Prokurorluğunun apardığı əməliyyat çərçivəsində saxlanılan aktyor ifadəsində narkotik istifadə etdiyini bildirib. İfadənin ictimailəşməsindən sonra onun serialdakı iştirakı dayandırılıb.
Serialda İ.Hacıoğlunun canlandırdığı “İskəndər” obrazını kimin oynayacağı maraq doğurur. İddialara əsasən, rol üçün əsas namizəd kimi Alperen Duymaz göstərilir və onunla danışıqlara başlanılıb.
Daha əvvəl “Son Yaz” serialındakı rolu ilə tanınan A.Duymazın layihəyə qoşula biləcəyi xəbəri sosial şəbəkələrdə maraqla qarşılanıb.
Medianews.az

