“Uşaq pulu məsələsi ətrafında yaranan söz-söhbət heç də ürəkaçan mənzərə yaratmır”. Medianews.az xəbər verir ki, müğənni Nura Suri bu fikirdədir.
O, feysbuk hesabında yazıb ki, övladlarını özəl xəstəxanalarda dünyaya gətirib, özəl məktəblərdə oxutdurub: “Peyvəndləri də özəl klinikalarda vurulub. Dövlətin pulsuz xidmətlərindən heç vaxt istifadə etməmişəm. Düşünürəm ki, imkanı olan şəxslərin çoxu belə edir.
Uşaq pulunu tələb edənlər ehtiyacı olan insanlardır. Həmin insanları təhqir edərək “pulun yoxdur, dünyaya uşaq gətirmə” kimi ifadələr işlətmək cahillikdir. Uşaq böyütmək maddi baxımdan o qədər çətindir ki, bir neçə ildən sonra heç kəs bir uşaqdan artıq övlad dünyaya gətirmək istəməyəcək.
Bir ailədə 3 nəfərin (ata, ana, uşaq) kreditə girmədən normal yaşaması üçün bugünkü gündə evə ayda ən az 1500 manat qazanc gəlməlidir. O da əgər həmin ailənin öz evi varsa, kredit və ya ipoteka ödənişi yoxdursa.
Xahiş edirəm, danışanda bir az diqqətli olun, insanları əzməyin. Düşünün, analiz edin, empatiya hissiniz olsun”.
1976-cı il təvəllüdlü Nura Suri Bakı şəhərində hərbçi ailəsində dünyaya göz açıb. Valideynlərinin hər ikisi — atası və anası Qarabağ müharibəsi veteranıdır.