Oktay Kaynarca ən böyük peşmanlığının ata olmama olduğunu bildirib.
Medianews.az xəbər verir ki, 2 dəfə evli olan, lakin övladı olmayan 61 yaşlı türkiyəli aktyoru bunun gənc yaşlarda baş verməsinin daha doğru hesab edir:
“Əgər övladım olsaydı, hər kərinə 20 yaşında evlənməyi tövsiyə edərdim. Həyat sizi hara aparırsa, o yolla gedin. Evliliyi davam etdirmək mümkün olarsa, çox yaxşı. Amma hər halda, insanın övladı olmalıdır”.
O.Kaynarca bildirib ki, indiki ağlı olsaydı, daha çox uşaq sahibi olardı:
“Kaş 5-6 övladım olardı. Həyatın qayğılarına o qədər aludə oluruq ki, sonradan geriyə baxanda fərqli düşünürük. Bəlkə də başqa işlərə ayırdığım vaxtı uşaqlarıma sərf etsəydim, bir neçə sağlam uşaq böyütmüş olardım. Onlarla məşğul olmaq çox gözəl hissdir”.
Aktyor indi də ata olma arzusundan vaz keçməyib:
“Hələ də övladımın olmasını istəyirəm. Həyatda nə olacağını bilmək olmaz. Qismətə bağlıdır. Hər halda, hələ gec deyil”.//Yeni Sabah