Medianews.az
Paşinyan: bir inqilabın, üç seçkinin qalibi
250 baxış

Paşinyan: bir inqilabın, üç seçkinin qalibi

İlkin hesabata görə, Ermənistanda iyunun 7-də keçirilmiş parlament seçkisini baş nazir Nikol Paşinyanın Vətəndaş Sazişi Partiyası udaraq hökumət qurmaq hüququ əldə edir.

Medianews.az bildirir ki, Nikol Paşinyan 1975-ci il iyunun 1-də İcevan şəhərində doğulub. Yerevan Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsində təhsil alıb. 1995-ci ildə siyasi mülahizələrlə universitetdən qovulduğu üçün onun ali təhsil diplomu yoxdur.

1993-cü ildən “Dprutyun” qəzetində, 1994-cü ildən “Lraqir” qəzetində müxbir, 1995-ci ildən “Molorak” qəzetində redaktor, 1998-ci ildən “Oraqir” qəzetində baş redaktor vəzifələrində çalışıb.

1999-cu ildən “Aykakan jamanak” qəzetinin baş redaktoru olub. 2008-ci ildə ona kütləvi iğtişaşların təşkili ittihamı ilə cinayət işi qaldırılıb. 2009-cu ildə həbs edilən Nikol Paşinyan 2011-ci ildə azadlığa çıxıb.

2012-ci ilin parlament seçkisinə birinci prezident Levon Ter-Petrosyanın başçılıq etdiyi Erməni Milli Konqresindən qatılan Nikol Paşinyan deputat mandatı alıb.

2013-cü ildə Vətəndaş Sazişi Partiyasını yaradıb. 2017-ci ildə bu partiyanın daxil olduğu “Çıxış” bloku parlamentə 9 mandat qazanıb.

2018-ci il martın 31-dən Nikol Paşinyan prezident Serj Sərkisyanın baş nazir olmaq niyyətinə qarşı xalq hərəkatına başçılıq edib. Aprelin 9-da Serj Sərkisyanın prezident səlahiyyətləri başa çatıb. Həmin gün ölkə parlament idarə üsuluna keçdiyi üçün icra hakimiyyətinə rəhbərlik baş nazirə ötürülüb. Aprelin 17-də Serj Sərkisyan baş nazir kürsüsünə oturub, ancaq aprelin 23-də xalq etirazlarına tab gətirməyərək taxtdan düşüb.

Mayın 8-dən baş nazir postuna Nikol Paşinyan keçib.

Həmin il dekabrın 9-da keçirilmiş növbədənkənar parlament seçkisini Nikol Paşinyanın “Mənim addımım” bloku, 2021-ci il iyunun 20-də keçirilən növbədənkənar parlament seçkisini Vətəndaş Sazişi Partiyası udub.

Medianews.az

Bizə qoşulun