Medianews.az
Paytaxtı içməli su ilə təchiz edən xətlər
74 baxış

Paytaxtı içməli su ilə təchiz edən xətlər yenidən qurulacaq

"Həm yeni su mənbələrinin yaradılması, həm də mövcud magistral su xətlərinin yenilənməsi nəzərdə tutulur".

Medianews.az xəbər verirki  bunu APA-ya müsahibəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədr müavini İlham Bayramov deyib.

O qeyd edib ki, Oğuz-Qəbələ və digər magistral xətlərin yenidən qurulması planlaşdırılır.

Sədr müavini qeyd edib ki, dövlət proqramı çərçivəsində təxminən 100 il bundan qabaq tikilmiş Şollar xəttinin və mənbə qurğularının da yenidən inşası nəzərdə tutulur ki, bunların nəticəsində həmin kəmərlər üzrə Bakı və Abşeronda yarımadasına verilən suyun həcminin artırılması təmin olunacaq.//oxu24.com

Bizə qoşulun