Teleqramın yaradıcısı Pavel Durov öz kanalında Vatsapdakı şifrələmənin "nəhəng bir yalan" olduğunu yazıb.
Medianews.az Publika.az-a istinadən xəbər verir ki, biznesmen bu fikri Texas ştatının Vatsapı istifadəçilərin məlumatlarının məxfiliyi ilə bağlı aldatdığı üçün məhkəməyə verməsi xəbərinə münasibət bildirərkən qeyd edib.
"İndi Vatsapın yaradıcısının “istifadəçilərimin məxfiliyini satıram” dedikdə nəyi nəzərdə tutduğunu başa düşürük", - deyə Durov bildirib və istifadəçiləri Teleqrama keçməyə çağırıb.
Daha əvvəl Texasın Baş prokuroru Ken Pakston ştatın "Meta" şirkətini və Vatsapı yazışmaların şifrələnməsi ilə bağlı istifadəçiləri aldatdıqları üçün məhkəməyə verdiyini açıqlayıb. İddiaya görə, şirkətlər müştərilərə mesajlarının tam şifrələndiyinə dair yalan vəd veriblər, halbuki əslində messencerdəki demək olar ki, bütün şəxsi yazışmalara çıxışları var.
Pakston vurğulayıb ki, Vatsap təhlükəsiz və qapalı messencer kimi reklam olunsa da, bu vədləri yerinə yetirmir.