Medianews.az
Paytaxtın bəzi ərazilərində
87 baxış

Paytaxtın bəzi ərazilərində işıq olmayacaq

Paytaxtın Sabunçu rayonunun Maştağa və Ramana qəsəbələrinin, eləcə də Savalan daş karxanası yaşayış ərazisinin bir hissəsində bu gün saat 12:00-dan 16:00-dək elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq.

Medianews.az xəbər verir ki, bu barədə Maştağa Enerji Təchizatı və Satışı İdarəsi (ETSİ) məlumat yayıb.

Bildirilib ki, buna səbəb idarənin xidmət ərazisində yerləşən 35/6 kV-luq 492 saylı yarımstansiyada yeni - 16 MVA gücündə transformatorun şəbəkəyə qoşulmasının planlaşdırılmasıdır.

Qeyd olunub ki, təmir və yenidənqurma işləri başa çatdıqdan sonra sözügedən ərazilərin elektrik təchizatı yaxşılaşdırılacaq və abonentlər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaqlar.

Bizə qoşulun