Medianews.az
Pişiyi çölə buraxmaq doğrudurmu? –
50 baxış

Pişiyi çölə buraxmaq doğrudurmu? – Açıqlama

Baytar həkim Co Meyers bildirib ki, pişiklərin çölə sərbəst buraxılması həm müsbət, həm də ciddi risklər daşıyır.

Medianews.az xəbər verir ki, onun sözlərinə görə, pişiklərin bioloji olaraq çölə çıxmağa ehtiyacı yoxdur. Lakin oyun, dırmaşma və araşdırma kimi təbii davranışlarını ev şəraitində də təmin etmək mümkündür.

Mütəxəssis qeyd edib ki, nəzarətsiz çöl gəzintiləri travma, xəstəliklərə yoluxma, zəhərlənmə, parazitlər və digər heyvanların hücumu kimi təhlükələr yarada bilər. Buna görə də bir çox baytarlar pişiklərin evdə saxlanmasını və ya nəzarətli şəkildə çölə çıxarılmasını tövsiyə edirlər.

Medianews.az

Bizə qoşulun