Medianews.az
Qadın bir gündə iki keçmiş
76 baxış

Qadın bir gündə iki keçmiş ərini ÖLDÜRDÜ  

ABŞ-nin Florida ştatında Syuzan Erika Avalon adlı 48 yaşlı qadın bir gündə iki cinayət törədib.

Medianews.az Hawaii News Now-a istinadən xəbər verir ki, qadın dekabrın 17-də iki fərqli şəhərdə yaşayan keçmiş ərlərinin evinə gedib və hər ikisini güllələyib öldürüb.

Müstəntiqlərin sözlərinə görə, o, əvvəlcə keçmiş ərindən birini Manati dairəsində, daha sonra isə digərini Tampada qətlə yetirib.

Kişilərdən biri keçmiş həyat yoldaşını çatdırılma xidmətinin sürücüsü ilə səhv salaraq qapını açıb. Maska taxan Avalon əlində yerli Panera Bread şəbəkəsindən oğurlanmış qida torbası tutmuşdu. Atası ilə birlikdə yaşayan 15 yaşlı qızı cinayətin şahidi olub və polisə zəng edib. Kişi xəstəxanaya aparılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.

Daha sonra Avalonun avtomobilinin izi yol hərəkəti kameraları vasitəsilə izlənilib. Polislər daha sonra qadının digər keçmiş əri barədə yoxlanış aparıblar və qadının onu da güllələyib öldürdüyünü öyrəniblər.

Avalon ilk mərhumdan təxminən 11 il əvvəl boşanıb. Boşanmadan əvvəl qızları ilə bağlı uzun müddət davam edən qəyyumluq mübahisələri baş verib. Cinayət baş verən zaman onun keçmiş ərinə təxminən dörd min dollar borcu var idi. Borc üzündən Avalon sürücülük vəsiqəsini itirmək təhlükəsi ilə üzləşib.

Avalon hazırda həbsdədir. İş məhkəməyə gedərsə, prokurorlar Manatidaki hücumuna görə ölüm cəzası tələb edəcəklər. İkinci hücum Tampa polisi tərəfindən araşdırılır. Müstəntiqlər qadının hərəkətlərinin hər iki nikahdan təxminən beş uşağa zərər verdiyini bildirirlər.

Medianews.az

Bizə qoşulun