Medianews.az
Qalibafdan SENSASİON AÇIQLAMA:
64 baxış

Qalibafdan SENSASİON AÇIQLAMA: Atəşkəsdən 48 saat əvvəl nələr yaşanıb?

İran parlamentinin sədri Məhəmməd Baqer Qalibaf vətəndaşlara müraciətində Tehranın asimmetrik müharibə şəraitində savadlı planlaşdırma və hazırlıq sayəsində düşməni dəf etdiyini bildirib.

Medianews.az Musavat.com-a istinadla xəbər verir ki, spiker İranın hərbi güc, maliyyə və texniki imkanlar baxımından ABŞ-dan obyektiv şəkildə geri qaldığını, lakin bunun döyüş meydanında həlledici amilə çevrilmədiyini vurğulayıb.

"Biz düşməni tamamilə məhv etmədik, lakin döyüş meydanında qələbə qazandıq. Pul, texnika və resurslar vacibdir, lakin nəticəni həmişə onlar müəyyən etmir. Biz düzgün planlaşdırma sayəsində düşməni geri oturtmağı bacardıq", - deyə Qalibaf qeyd edib.

Parlament sədri vurğulayıb ki, resursların bolluğuna baxmayaraq, rəqib tərəf strateji səhvlərə yol verib: "Onlar həm strateji qərarlarında, həm hərbi planlaşdırmada, həm də xalqımızı qiymətləndirməkdə yanılırlar".

Qalibaf əlavə edib ki, döyüş meydanındakı üstünlük məhz İran tərəfində olduğu üçün Donald Tramp atəşkəsə nail olmağa çalışır.

O, həmçinin Tehranın Hörmüz boğazında ABŞ-ın minalardan təmizləmə cəhdlərinə sərt reaksiya verdiyini bildirib: "İslamabadda onlara dedim: əgər minalanmış gəmiləri bircə addım belə tərpənsə, atəş açacağıq. Geri çəkilmək əmri almaq üçün 15 dəqiqə vaxt istədilər və həmin əmri də aldılar".

Əvvəllər ABŞ ilə danışıqları inkar edib, lakin sonra İslamabada yollanması ilə bağlı sualı cavablandıran Qalibaf atəşkəsə 48 saat qalmışa qədər heç bir birbaşa təmasın olmadığını deyib: "Tramp yalan və psixoloji müharibə ustasıdır. Onun paylaşdığı 8 tvitdən 7-si yalan idi. Danışıqlar yalnız şənbə günü, biz Pakistana gəldikdən sonra başladı. Müharibənin son 48 saatında mesaj mübadiləsi Pakistan vasitəsilə həyata keçirilib".

Bizə qoşulun