Göyçay şəhərində irigövdəli çinar ağacı avtomobilin üzərinə aşıb.
Medianews.az xəbər verir ki, hadisə şəhərin Əli Kərim küçəsində baş verib.
Hadisə zamanı kökündən qopan çinar “Hyundai” markalı minik avtomobilinin üzərinə düşüb.
Xoşbəxtlikdən xəsarət alan olmasa da, avtomobilə ciddi ziyan dəyib.
Qeyd edək ki, irigövdəli çinar ağacları Göyçay şəhərinin simvollarından sayılır./ Qafqazinfo


