“Real Madrid”in yarımmüdafiəçisi Brahim Dias Seriya A-ya qayıda bilər.\“La Stampa”nın məlumatına görə, “Yuventus” mərakeşli futbolçunu transfer etməkdə maraqlıdır. Turin klubu oyunçunun yaxınları ilə əlaqə saxlayıb.
Diasın “Real Madrid”dəki gələcəyi qeyri-müəyyən olaraq qalır, çünki yarımmüdafiəçinin yeni baş məşqçi olacağı ehtimal edilən Joze Mourinyonun planlarının bir hissəsi olub-olmadığı hələ də məlum deyil.
Brahim Dias 2019-cu ildə 17 milyon avroya “Mançester Siti”dən “Real Madrid”ə keçib. Onun müqaviləsi 30 iyun 2027-ci ilə qədərdir. 2025/26 mövsümündə yarımmüdafiəçi Madrid klubunda bütün turnirlərdə 42 oyun keçirib, 2 qol vurub və 9 məhsuldar ötürmə edib./publika..az