Medianews.az
Rumıniyada elektrik stansiyası partlayıb -
106 baxış

Rumıniyada elektrik stansiyası partlayıb - VİDEO

Rumıniyanın paytaxtı Buxarestdə “CET Vest” istilik elektrik stansiyasında güclü yanğın baş verib.

Medianews.az xəbər verir ki, bu barədə Trend məlumat yayıb.

İlkin məlumata görə, yanğına səbəb 30 ton yaxın yağla dolu olan elektrik transformatorunun partlaması olub.

Hadisə yerinə səfərbər olunan beş yanğın-mühafizə briqadası, alovu bir neçə saat ərzində tam söndürməyə nail olub.

Zərərçəkənlər barədə məlumat yoxdur.

“Elcen” şirkəti elektrik təchizatının tam bərpa olunduğunu bildirsə də, insident nəticəsində Buxarestin 2 mindən çox yaşayış məhəlləsi qaynar sudan (istilik sistemi) məhrum olub.

İES-də infrastrukturun tam bərpası işlərinin bir ilə qədər çəkə biləcəyi deyilir.

Bizə qoşulun