Rusiyada dəhşətli yanğın baş verib. Yanğın nəticəsində 6 nəfər həyatını itirib.
Medianews.az xəbər verir ki, faciə Omsk vilayəti ərazisində yerləşən Yuryevka kəndində şəxsi evdə qeydə alınıb.
Yanğın zamanı evdə 1, 2, 5 və 14 yaşlı dörd uşaq, eləcə də 25 və 35 yaşlı iki qadın olub. İlkin ehtimala əsasən, yanğın qısaqapanma səbəbindən baş verib və alov qısa müddətdə 67 kvadratmetr sahəni əhatə edib.
Hadisə yerinə gələn xilasedicilər heç bir sağ qalanın olmadığını bildiriblər. Faktla bağlı araşdırma aparılır və ehtiyatsızlıqdan ölümə səbəb olma maddəsi ilə cinayət işi açılıb.
Medianews.az