Medianews.az
Rusiyada pivə idxalı 51 faiz artdı -
104 baxış

Rusiyada pivə idxalı 51 faiz artdı - Səbəb nədir?

2026-cı ilin ilk dörd ayının nəticələrinə görə Rusiyada pivə idxalı kəskin artıb.

“Vedomosti”nin “Çestnıy znak” markalama sisteminin operatoruna istinadən yaydığı məlumata görə, idxal ötən ilin eyni dövrü ilə müqayisədə 51 faiz artaraq 13,5 milyon dekalitr təşkil edib.

Bununla yanaşı, Rusiya Alkoqol və Tütün Bazarı Tənzimləmə Xidmətinin (RATK) məlumatına əsasən, daxili istehsal 2,2 faiz azalaraq təxminən 277,7 milyon dekalitr olub.

Mütəxəssislərin fikrincə, idxaldakı artım ötən ilin aşağı göstəriciləri və “dost olmayan ölkələrdən” məhsullara tətbiq edilən yüksək rüsumlarla bağlıdır.

Qeyd olunur ki, Çexiya və Almaniya kimi ölkələrdən birbaşa tədarük azalsa da, Estoniya (+72,2%), Latviya (+19,2%) və Litva (+13,1%) Rusiyaya ixracı artırıb.

İdxalın təxminən 60 faizi Belarus vasitəsilə həyata keçirilir.

Eyni zamanda, Çindən idxal 16 faiz, BƏƏ-dən isə 41 faiz artıb.

Ekspertlər bildirirlər ki, artımın bir hissəsi idxalçıların rublun möhkəmliyi fonunda anbarları doldurması ilə bağlıdır və bu, hələlik bazarda real tələbin artması kimi qiymətləndirilməməlidir./publika.az

Bizə qoşulun