Medianews.az
Rusiyanın ona yaxın əyalətində raket həyəcanı:
169 baxış

Rusiyanın ona yaxın əyalətində raket həyəcanı: Neft anbarı yanır, aeroportlar dayanıb

Rusiyanın Krasnodar diyarında yerləşən Poltavskaya şəhərindəki neft anbarında Ukrayna dronlarının hücumu nəticəsində yanğın başlayıb.

Regional fövqəladə hallar idarəsi itkinin olmadığı, yanğının söndürülməsi üçün 32 nəfər və yeddi texnikanın cəlb edildiyinə dair məlumat yayıb.

Həmçinin bildirilib ki, pilotsuz təyyarənin hücumundan sonra Poltavskaya ilə Trudobelikovski arasındakı avtomobil yolu müvəqqəti olaraq bağlanıb.

Ukrayna dronları həmçinin gecə boyu Moskvanı da rahat buraxmayıb. Domodedovo, Vnukovo hava limanları işləməyib.

Səhər saatlarında isə Voronej, Ulyanovsk, Penza, Orlova, Tatarıstan, Çuvaşiyada raket həyəcanı elan edilib./Musavat.com

Bizə qoşulun