Medianews.az
Rüstəm Aslanova vəzifə verildi -
56 baxış

Rüstəm Aslanova vəzifə verildi - FOTO

Mingəçevir şəhər təhsil sektoruna yeni müdir təyin olunub.

Medianews.az Yeni Sabah.az-a istinadən xəbər verir ki, bu barədə Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Həmid Qasımov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Aslanov Rüstəm Namiq oğlu Mingəçevir şəhəri üzrə təhsil sektorunun müdiri vəzifəsinə gətirilib.

Qeyd edək ki, Rüstəm Aslanov 11 iyul 1995-ci ildə Mingəçevir şəhərində anadan olub. O, 2012-ci ildə Mingəçevir şəhəri R.Muradov adına texniki və humanitar fənlər liseyini bitirib. Bakı Dövlət Universitetində tarix ixtisası üzrə bakalavr təhsili alıb.

Əmək fəaliyyətinə 2020-ci ildə Zəngilan Rayon Təhsil Şöbəsində məsləhətçi kimi başlayıb. 2022–2025-ci illərdə Mərkəzi Aran Regional Təhsil İdarəsinin inzibati təşkilat sektorunda aparıcı məsləhətçi, 2025–2026-cı illərdə isə Ağdaş rayonu üzrə təhsil sektorunun müdiri vəzifəsində çalışıb.

Mərkəzi Aran Regional Təhsil İdarəsinin 28 aprel 2026-cı il tarixli əmri ilə Mingəçevir şəhəri üzrə təhsil sektorunun müdiri vəzifəsinə təyin olunub.

Hazırda Mingəçevir Dövlət Universitetində menecment ixtisası üzrə əlavə təhsil alır.

Ailəlidir, 2-ci dərəcəli dövlət qulluqçusudur.

Bizə qoşulun