Rusiyanın Buryatiya Respublikasında altı nəfər qar uçqununa düşüb.
Bu barədə Rusiya mediasına istinadən xəbər verir.
İnsident İrokinda mədəninin ərazisində baş verib. İlkin məlumata görə, doqquz nəfər texnoloji yolu təmizləyən zaman onların üzərinə nəhəng qar qalaqları düşüb.
Qeyd olunur ki, onlardan üçü müstəqil şəkildə qar uçqunun altından çıxıb. Qalanlarının isə taleyi məlum deyil. Hazırda hadisə yerində xilasedicilər axtarış-xilasetmə tədbirləri həyata keçirir.
İstintaq Komitəsinin əməkdaşları əmək təhlükəsizlik qaydalarının pozulması ilə əlaqədar cinayət işi açıb.//Trend