Futbol üzrə Azərbaycan Kubokunda növbəti finalçı bəlli olub.
Medianews.az xəbər verir ki, yarımfinalın ikinci cavab oyununda “Sabah” öz meydanında “Qarabağ”ı qəbul edib. Masazırdakı “Bank Respublika Arena”da keçirilən qarşılaşma ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu komandaların ilk duelində qalib müəyyənləşməyib – 2:2.
Bununla da, "Sabah" adını finala yazdırıb və "Zirə"yə rəqib olub.