Dəm qazı daha bir can alıb.
Medianews.az-ın məlumatına görə, hadisə rayonun Balaxanı qəsəbəsində baş verib. Qəsəbə sakini - 2003-cü il təvəllüdlü İlkin Elçin oğlu Əsədov yaşadığı evin hamamında dəm qazından boğularaq ölüb. Yaxınları onun meyitini vanna otağında aşkarlayıblar.
Faktla bağlı araşdırma aparılır.//Oxu.az