Medianews.az
TƏBİB-dən getdi
104 baxış
Yüklə

TƏBİB-dən getdi

TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova vəzifəsindən ayrılıb.

Medianews.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında məlumat yayıb.

“Bu gün TƏBİB-də son iş günüm idi. Bu müddət ərzində qazandığım təcrübə, tanıdığım dəyərli insanlar və birlikdə keçirdiyimiz anlar mənim üçün çox qiymətlidir. Hər bir həmkarıma göstərdikləri dəstək və əməkdaşlığa görə təşəkkür edirəm”, - deyə Z.Ədilova paylaşımında bildirib.

O, bu vəzifədə 2022-ci ildən çalışırdı.

Bizə qoşulun