Medianews.az
TİR altında qalan kuryeri dəbilqəsi ölümdən qurtardı -
131 baxış

TİR altında qalan kuryeri dəbilqəsi ölümdən qurtardı - FOTO

Türkiyədə 26 yaşlı kuryer TİR-la toqquşma nəticəsində onun altında qalıb.

Medianews.az xəbər verir ki, hadisə 4 fevral tarixində Adanada baş verib.

Hadisə yerinə çağırılan təcili tibbi yardım əməkdaşları kuryeri təhlükəsiz şəkildə xilas edərək xəstəxanaya çatdırıblar. Motosiklet sürücüsü Mesut Aldanma dəbilqə və digər qoruyucu geyimlər sayəsində ciddi xəsarət almayıb, yalnız yüngül əziklərlə xilas olub.

O, yaşadığı anları belə təsvir edib: “Sürüklənərkən asfaltla burun-buruna idim. Gözümü açanda ailəm və dostlarım gözümün önünə gəldi. Bütün həyatım film lenti kimi gözlərimin önündən keçdi. Bütün motosikletçilərə qoruyucu avadanlıqlardan mütləq istifadə etməyi tövsiyə edirəm”.

Mesut Aldanma bildirib ki, TİR sürücüsü onu vaxtında görməyib, lakin bir çox hallarda qəzaların ağır nəticələrindən məhz qoruyucu avadanlıqlar sayəsində xilas olmaq mümkündür.

Medianews.az

Bizə qoşulun