Medianews.az
Elektrik cərəyanı vurduqdan sonra alova düşən yenityetmə
88 baxış

Elektrik cərəyanı vurduqdan sonra alova düşən yenityetmə SAĞ QALDI

ABŞ-də elektrik dirəyinə çıxan 15 yaşlı yeniyetməni tok vurub və o, 18 metr hündürlükdən yıxılıb.

Medianews.az xəbər verir ki, hadisə mayın 1-i Suffolk şəhərində baş verib.

Fövqəladə xidmətlər əvvəlcə quru otluq sahədə yanğınla bağlı çağırış alıb və hadisə yerinə gedib. Yanğın söndürüldükdən sonra xilasedicilər yaxınlıqda yerdə uzanan yeniyetməni aşkar ediblər.

Məlum olub ki, o, elektrik dirəyinə çıxarkən naqilə toxunub və cərəyan zərbəsi nəticəsində yıxılıb. Yıxılma zamanı quru otlar alışıb və yeniyetmə alovun içində qalıb.

Bütün çətinliklərə baxmayaraq, o sağ qalıb və xəstəxanaya yerləşdirilib. Həkimlərin sözlərinə görə, vəziyyəti sabitdir və ümumi durumu yaxşıdır.

Medianews.az

Bizə qoşulun