Rusiya Prezidenti Vladimir Putin Böyük Vətən Müharibəsində Qələbənin 81-ci ildönümü münasibətilə Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan, Abxaziya, Cənubi Osetiya liderlərinə, həmçinin Gürcüstan və Moldova xalqlarına təbrik məktubu göndərib.
Bu barədə məlumat Rusiya Prezidentinin saytında dərc olunub.
"Bu gün saysız-hesabsız fədakarlıq və məşəqqətlər bahasına cəbhədə çiyin-çiyinə vuruşan, arxa cəbhədə faşist qəsbkarları üzərində çoxdan gözlənilən Qələbəni yaxınlaşdıran ata və babalarımıza öz minnətdarlığımızı və ehtiramımızı bildiririk", - təbrikdə deyilib.
Rusiya prezidenti xarici ölkələrin rəhbərlərinə və vətəndaşlarına ünvanladığı təbrik məktubunda Böyük Vətən Müharibəsi veteranlarına və arxa cəbhə işçilərinə ürəkdən təbriklərini və səmimi təşəkkürlərini çatdırıb, onlara möhkəm cansağlığı və uzun ömür arzulayıb./axar.az