Medianews.az
Ayaq tükləri sağlamlıq göstəricisi
129 baxış

Ayaq tükləri sağlamlıq göstəricisi ola bilər

Mütəxəssislər bildirir ki, ayaqlarda və xüsusilə barmaqlardakı tüklər orqanizmdə qan dövranı haqqında məlumat verə bilər.

Medianews.az xəbər verir ki, bədən bəzən ciddi sağlamlıq problemlərini gözlənilməz əlamətlərlə göstərə bilir.

 Ayaqlarda soyuqluq, keyimə və yanma kimi hallar qan dövranı pozuntuları və ya diabet kimi xəstəliklərin əlaməti ola bilər.

Maraqlı məqamlardan biri də ayaq barmaqlarındakı tüklərin vəziyyətidir. Güclü qan dövranı olduqda bu tüklər normal şəkildə inkişaf edir.

Lakin tüklərin seyrəkləşməsi və ya azalması qan dövranı problemlərinə işarə edə bilər. Xüsusilə damar sərtliyi (arterioskleroz) zamanı ayaqlara qan axını zəifləyir və bu da tüklərin tökülməsinə səbəb ola bilir.

Medianews.az

 

Bizə qoşulun