Medianews.az
Ürək sağlamlığı üçün ən təsirli idman növü hansıdır? -
154 baxış

Ürək sağlamlığı üçün ən təsirli idman növü hansıdır? - AÇIQLANDI

Bir çox insan ürək sağlamlığı üçün yalnız gəzinti və ya velosiped sürməyə üstünlük versə də, mütəxəssislər daha təsirli bir məşq növünə diqqət çəkir.

Medianews.az bildirir ki, sağlamlıq ekspertlərinə görə, üzgüçülük ürək-damar sistemini gücləndirən və qan dövranını yaxşılaşdıran ən kompleks idman növlərindən biridir.

Müntəzəm üzgüçülük ürək xəstəlikləri və insult riskini əhəmiyyətli dərəcədə azaldır.

Mütəxəssislər bildirir ki, üzgüçülük:

  • xolesterin səviyyəsini tənzimləyir;
  • qan təzyiqini aşağı salır;
  • ürək xəstəlikləri riskini azaldır.

Araşdırmalara görə, müntəzəm üzən şəxslərdə ürək xəstəliyi və ya insultdan ölüm riski idman etməyənlərə nisbətən təxminən 41 faiz daha aşağıdır.

Medianews.az

 

Bizə qoşulun