Medianews.az
Vəfat etmiş sevgilisinin adından
75 baxış

Vəfat etmiş sevgilisinin adından kredit götürdü

Kareliyada 35 yaşlı qadın mərhum sevgilisinin adından mikrokredit götürüb.

Medianews.az xəbər verir ki, hadisə Medvejqorsk rayonunda baş verib.

Məlumata görə, mikro maliyyə təşkilatı uzun müddət ödənilməyən borc səbəbilə polisə müraciət edib. Araşdırma zamanı müəyyən edilib ki, müəyyən məbləğdə kredit artıq həyatda olmayan şəxsin şəxsi kabineti vasitəsilə rəsmiləşdirilib.

Qadının əvvəllər həmin şəxsin hesabının yaradılmasında kömək etdiyi və buna görə sistemə çıxışı olduğu məlum olub. O, yanvar ayında həmin hesabdan kredit götürərək pulu şəxsi məqsədlərinə xərcləyib.

Faktla bağlı cinayət işi açılıb. Qadını iki ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Medianews.az

Bizə qoşulun