ABŞ Prezidenti Donald Tramp sosial şəbəkədə Venesuela lideri Nikolas Maduronun ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus aviadaşıyıcısının göyərtəsində olduğu zaman çəkilmiş görüntüsünü paylaşıb.
Medianews.az bildirir ki, fotoda Maduronun boz idman geyimində olduğu, gözlərinin bağlandığı və əllərinin qandallandığı görünür. Onun əlində plastik su qabı da var.
Xatırladaq ki, ABŞ qüvvələri gecə saatlarında Venesuelaya zərbələr endirib, Nikolas Maduro və onun həyat yoldaşı saxlanılıb.

Medianews.az