Abş lideri Donald Tramp İranı bu ölkədə mülki infrastrukturun daha da məhv ediləcəyi ilə hədələyib.
Medianews.az Bakıvaxtı.az-a istinadən xəbər verir ki, ABŞ prezidenti özünün “Truth” sosial şəbəkəsində xəbərdarlıq edərək bildirib:
“Növbədə körpülər, sonra elektrik stansiyalarıdır”.
Tramp xəbərdarlıq edib ki, ABŞ İranın mülki infrastrukturunu məhv etmək proqramına hələ başlamayıb:
“Yeni İran rejiminin liderləri nəyin edilməli olduğunu və bunun sürətlə edilməsinin vacibliyini bilirlər”.
D.Tramp Tehranı atəşkəs razılaşmasını qəbul etməyə çağırıb.