Medianews.az
"Turan Tovuz" "İmişli" ilə oyunda
94 baxış
Yüklə

"Turan Tovuz" "İmişli" ilə oyunda xal itirib

Misli Premyer Liqasının XXVI turunda "Turan Tovuz" səfərdə "İmişli" ilə qarşılaşıb.

Medianews.az xəbər verir ki, Quba Olimpiya İdman Kompleksinin stadionunda baş tutan qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb.

Hesabı ev sahiblərindən 45-ci dəqiqədə Dioqo Kardozu açıb. Qərb təmsilçisinə 1 xal gətirən qolu isə 53-cü dəqiqədə Mark Rene Mampassi vurub.

Bu nəticədən sonra "Turan Tovuz" 49 xalla turnir cədvəlində 3-cü sırada yer alıb. 23 xala malik "İmişli" isə doqquzuncudur.

Qeyd edək ki, daha əvvəl "Qəbələ" "Kəpəz"i (2:0), "Neftçi" "Sumqayıt"ı (3:1), "Qarabağ" "Karvan-Yevlax"ı (7:0) məğlub edib./report

Bizə qoşulun