Medianews.az
Ülviyyə Əliyeva vəzifəsindən AZAD EDİLDİ –
64 baxış

Ülviyyə Əliyeva vəzifəsindən AZAD EDİLDİ – FOTO

Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavinlərindən biri vəzifəsindən azad olunub.

Bununla bağlı icra başçısı Taleh Qaraşov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Başçının müavini – Ərazi təşkilat və ictimai – siyasi məsələlər şöbəsinin müdiri Ülviyyə Əliyeva vəzifəsindən azad edilib.

Qeyd edək ki, Ü.Əliyeva 2023-cü ilin sentyabrından başçının müavini vəzifəsində çalışırdı. O, əvvəllər müxtəlif illərdə bir neçə məktəbdə müəllim, direktor, daha sonra isə Lənkəran-Astara Regional Təhsil İdarəsinin Lənkəran və Astara rayonu üzrə təhsil sektorunun müdiri vəzifələrində işləyib.\\\İqtisadiyyat.az

İcra başçısı müavinini vəzifəsindən azad etdi

Bizə qoşulun