Böyük Britaniyanın Sarrey qraflığındakı "Menor-Park" tələbə şəhərciyində silahlı insident baş verib.
Medianews.az xəbər verir ki, universitetin 21 yaşlı keçmiş tələbəsi 50 yaşlı mühafizəçiyə arbaletlə atəş açıb. Qarnından ağır yaralanan mühafizəçi helikopterlə xəstəxanaya çatdırılıb.
Hadisəni törədən şəxs qaçmağa çalışsa da, ərazidəki tələbələrin köməyi ilə polis tərəfindən dərhal saxlanılıb. Tələbələr həmçinin yaralıya ilkin tibbi yardım göstəriblər.
Faktla bağlı araşdırma aparılır. Universitet şəhərciyi adi rejimdə fəaliyyətini davam etdirir.
Medianews.az