Rusiyada uşaq pedaqoqu narkotik alverində təqsirli bilinib.
Medianews.az xəbər verir ki, hadisə Samara vilayətində, Tolyatti şəhərində baş verib.
Məlumata görə, kişi, internet vasitəsilə təklif alaraq narkotik maddələrin yayılması ilə məşğul olmağa başlayıb. İstintaqın bildirdiyinə görə, onun fəaliyyəti təxminən 3 ay davam edib. 2025-ci ilin avqustunda saxlanılıb.
Axtarış zamanı avtomobilində 330 qram, qarajında isə 1,5 kiloqram metilefedron aşkarlanıb. Keçmiş pedaqoq hazırda cinayət məsuliyyəti ilə üz-üzədir və ona 11 ilə qədər həbs cəzası verilə bilər.
Medianews.az