Medianews.az
Xabi Alonso “Çelsi”nin baş məşqçisi təyin olundu
137 baxış

Xabi Alonso “Çelsi”nin baş məşqçisi təyin olundu

Londonun “Çelsi” klubunun yeni baş məşqçisi müəyyənləşib.

İngiltərə təmsilçisi komandanın sükanının tanınmış ispan mütəxəssis Xabi Alonsoya tapşırıldığını elan edib.

London klubu ilə təcrübəli çalışdırıcı arasında 4 illik müqavilə imzalanıb. Keçmiş baş məşqçi Liam Rosenyoru əvəzləyən Xabi Alonso iyulun 1-dən etibarən işinə başlayacaq.

Qeyd edək ki, ispan mütəxəssisin son iş yeri vətəni olub. O, 2025-ci ilin yayından 2026-cı ilin yanvarına qədər Madrid “Real”ının baş məşqçisi postunda çalışıb./“Qafqazinfo”

Bizə qoşulun