"Sabah" basketbol klubunun yeni baş məşqçisi bəlli olub.
Medianews.az xəbər verir ki, mövsümün sonunda komandadan ayrılan litvalı Rimas Kurtinaytisi serbyalı Lazar Spasiç əvəzləyəcək.
Serbiyalı mütəxəssisin təyinatının yaxın günlərdə açıqlanacağı gözlənilir.
Qeyd edək ki, Lazar Spasiçin son iş yeri Almaniyanın "Oldenburq" klubu olub. O, ölkəsinin bir neçə komandasında da çalışıb.,AZƏRTAC