Medianews.az
AZAL hava şəraiti ilə əlaqədar təxirə salınmış Naxçıvan reyslərini
78 baxış

AZAL hava şəraiti ilə əlaqədar təxirə salınmış Naxçıvan reyslərini bərpa edib

Azərbaycan Hava Yolları (AZAL) son günlər əlverişsiz hava şəraiti səbəbindən təxirə salınmış Bakı-Naxçıvan-Bakı reyslərini bərpa edib.

AZAL-dan Medianews.az-a verilən məlumata görə, sözügedən marşrut üzrə uçuşlar ştat rejimdə icra olunmağa davam edir.

Qeyd edək ki, sərnişinlərin təhlükəsizliyi AZAL üçün daim ən vacib prioritet olaraq qalır və bu istiqamətdə bütün zəruri tədbirlər həyata keçirilir.

Bizə qoşulun