Medianews.az
Çin Ukrayna üçün çox iş görüb -
101 baxış

Çin Ukrayna üçün çox iş görüb - Yi

Çin Ukraynaya sülh gətirmək üçün çox iş görüb.

Bunu Çinin xarici işlər naziri Van Yi deyib.

ABŞ Prezidenti Donald Trampın Çinə səfərini şərh edən Yi jurnalistlərə bildirib ki, liderlər digər məsələlərlə yanaşı, Ukrayna böhranını da müzakirə ediblər:

“Çin də, ABŞ da hərbi əməliyyatların tezliklə dayandırılmasına ümid edir. Həmçinin iki ölkə də sülh və danışıqlara tərəfləri təşviq etmək üçün artıq çox iş görüb”.

Çinli nazir vurğulayıb ki, mürəkkəb problemlərin sadə həlli yoxdur və sülh danışıqları birdən-birə başa çatdırıla bilməz./axar.az

Bizə qoşulun