Medianews.az
İran Hörmüz boğazında yeni təsir vasitəsi axtarır
123 baxış

İran Hörmüz boğazında yeni təsir vasitəsi axtarır

Tehran bu dəfə diqqətini Fars körfəzi və Hörmüz boğazından keçən sualtı internet kabellərinə yönəldib. İran rəsmiləri həmin kabellərdən istifadə edən beynəlxalq şirkətlərdən ödəniş tələb etməyi planlaşdırdıqlarını açıqlayıblar.

CNN-nin məlumatına görə, İran dövlətinə yaxın media qurumları texnologiya nəhənglərinin ölkə qanunlarına tabe olmasının vacibliyini vurğulayıb və kabel operatorları üçün xüsusi lisenziya ödənişlərinin tətbiq oluna biləcəyini bildiriblər. Qeyd edilir ki, bu addımla İranın bölgədəki strateji mövqeyindən iqtisadi və siyasi təzyiq vasitəsi kimi istifadə etmək niyyətindədir.

Mütəxəssislərin fikrincə, sualtı kabellər qlobal internet trafiki, bank əməliyyatları, bulud sistemləri və hərbi rabitə üçün həyati əhəmiyyət daşıyır. Buna görə də həmin infrastruktura mümkün müdaxilə dünya üzrə rəqəmsal əlaqələrə ciddi təsir göstərə bilər./APA

Bizə qoşulun